KÖŞƏ

Cavid Əkbərov

Axsaq atın kor nalbəndi

05 mart 2016 00:04
1753

AXCP sədri Əli Kərimli yalnız müsavatçılarla və partiyasını tərk edən sabiq cəbhəçilərlə deyil, əli yetən hər kəslə intriqaya getməyə həvəslidir. Bu, bir daha sübut edir ki, Ə. Kərimli siyasi gündəmdə qalmağın yeganə yolu kimi süni şəkildə ortaya düzüb-qoşduğu qarşıdurmaları görür.

Özünü “ana müxalifət lideri” hesab edən Kərimli indi də vaxtilə bir mövqedən çıxış etdiyi REAL Hərəkatının təmsilçisi, iqtisadçı Natiq Cəfərli ilə “kəllə-kəlləyə” gəlib. N. Cəfərli özünün “Facebook” səhifəsində AXCP sədrinin bəzi fikirlərinə tənqidi münasibət bildirib. Bununla da onun “düşmənləri” sırasına daxil edilib. Ə. Kərimlinin göstərişi ilə sosial şəbəkələrdə fəaliyyət göstərən “diversant qrupları” dərhal N. Cəfərlinin üzərinə söyüş və təhqirlə hücuma keçdilər və tənqidinə görə, onu az qala ən qəddar düşmənləri elan etdilər. Bu, bir daha göstərir ki, demokratiya və söz azadlığını əlində bayraq edən AXCP sədri lazım gələndə bütün dəyərləri ayaq altına ata bilir.

Bu gün özünü lider qismində cəmiyyətə sırımaq istəyən, obyektiv əsası olmayan giley-güzar etməkdən, ənənəvi inkarçı və qərəzli mövqeyindən əl çəkməyən Əli Kərimli, həmçinin Arif Hacılı, Cəmil Həsənli və digər dağıdıcı ünsürlər yaddan çıxarırlar ki, AXC-Müsavat hakimiyyəti dövründə ölkədə anarxiya, özbaşınalıq hallarının, sürətli iqtisadi tənəzzülün baş verməsində onların da günahı az deyil. Ən azı bu səbəbdən onların öz ayıblarına qısılıb quru şüarlardan, qərəzli çıxışlardan əl çəkmələrinin vaxtı çoxdan çatıb. İbtidai düşüncə tərzi ilə, populist çıxışlarla, müəyyən qüvvələrin məkrli planlarını respublikada həyata keçirməyə cəhd göstərməklə, yaxud onları sitayiş obyektinə çevirməklə hakimiyyət strukturlarında vəzifə qamarlamaq bu cür ünsürlər üçün yalnız arzu və istək olaraq qalacaq.

Həm fiziki, həm də mənəvi cəhətdən aşınmaya məruz qalmış həmin ünsürlər istər bərbər aləti kimi bir kənara, istərsə də torpaq kimi dincə qoyulsun, nə onların düşüncəsində bir dəyişiklik baş verəcək, nə də güclü varlığa çevriləcəklər. Onların əlindən gələn yeganə bir şey varsa, o da ölkədə yaranmış sabitliyi pozmaq, hakimiyyətin ünvanına həqiqətə uyğun olmayan ittihamlar səsləndirmək, cinayət məsuliyyətinə cəlb edilmiş bir qrup insanın əməlləri ilə bağlı məsələləri gündəmə gətirməklə, bunu müxalifət və iqtidar arasında siyasi münasibət ölçüsünə çevirmək, xalqımızın min illər boyu qazandığı və müqəddəs xəzinə tək yaşatdığı mənəvi inciləri, ulu keyfiyyətləri tapdalamağa və s. cəhd göstərməkdən ibarətdir.

Özünü “əsas müxalifət” adlandıran AXCP və Müsavat Partiyası müxalifət olmaqdan əvvəl öz aralarındakı problemləri həll etsəydilər, indi yanlarında heç olmasa beş-on tərəfdarları qalardı. Əli Kərimli və Arif Hacılı şəxsi ambisiyaları naminə rəhbərlik etdikləri qurumları kiçik dərnək səviyyəsinə endiriblər. Belə vəziyyətdə isə nəinki “ana müxalifət” partiyası olmaqdan danışmağa dəyməz, heç hansısa sıradan bir siyasi qrupdan da bəhs etmək olmaz.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?