KÖŞƏ

Taleh Bağırov

AXCP-REAL didişməsi

18 may 2018 00:01
1810

Və yaxud Əli Kərimlinin bitib-tükənməyən yalanları

Dağıdıcı müxalifət düşərgəsində gərginlik durmadan artmaqdadır. Bu dəfə AXCP ilə REAL qarşıdurması kəskinləşib. Belə ki, təkcə son bir neçə ayda, xüsusilə sonuncu prezident seçkiləri ərəfəsində başlayan qalmaqallar, sosial şəbəkə söz-söhbətləri bu və ya digər şəkildə tərəflərin qarşılıqlı ittihamları ilə müşayiət olunur. Soyuq münasibətlərin çərçivədən çıxmasının əsas səbəblərdən biri kimi seçki ərəfəsində AXCP sədri Əli Kərimlinin “Milli Şura” sədri Cəmil Həsənli vasitəsilə “Şura”da təmsil olunmayan müxalifət təşkilatlarını birgə mitinq keçirmək təklifinə REAL-dan verilən birmənalı rədd cavabı oldu. Təbii ki, bu rədd cavabının da səbəbi olub.

Bəllidir ki, hər iki tərəf daim bir-birlərini günahlandırmaqla özlərini  vəziyyətdən çıxarmağa çalışıblar. Yadınızdadırsa, bir müddət əvvəl sosial şəbəkələrdə Əli Kərimli ilə REAL-ın sədri İlqar Məmmədova virtual səsvermə kampaniyası başladılmışdı və bu kampaniyada İ.Məmmədov Ə.Kərimlini xeyli üstələmişdi. Bunun ardınca AXCP və REAL qruplarının bir-birlərin ən ağır ittihamlara məruz qoymaları onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir. Bütün bunlardan sonra daha çox simasızlıq təsiri bağışlayan Ə.Kərimlinin REAL-ı “Milli Şura”nın mitinqlərinə dəvət etməsi qətiyyən səmimiyyət təsiri göstərə bilməzdi. Məsələ həm də ondadır ki, tərəflər daim bir-birlərini hakimiyyətə işləməkdə günahlandırmaqla, necə deyərlər, vəziyyətdən çıxmağa çalışıblar. Burada da məqsəd özlərini daha çox müxalifətçi göstərmək olub. Məsələn, Ə.Kərimli virtual səsvermə zamanı uduzduğunun fərqinə vardıqdan sonra heç bir sübuta və əsasa söykənməyən belə bir dırnaqrarası fərziyyə irəli sürmüşdü ki, guya hakimiyyət İ.Məmmədovun virtual səs yığmasında müəyyən yardımlar göstərib. Ancaq bunun belə olmadığını elə REAL-ın icraçı katibi Natiq Cəfərli bu arqumentlərlə rədd etmişdi: “Yəni onlar çox bəsit ritorikadan istifadə ediblər. Bu dəfə də belə iddiaların səslənməsi, açığı, REAL-ın və İ.Məmmədovun nüfuzuna kölgə salmaq məqsədi daşıyırdı”. N.Cəfərli İ.Məmmədovun həbsdə olduğunu əsas gətirərək əlavə edib ki, Ə.Kərimlinin ittihamı absurddur: “Təəssüf ki, yenidən qarşı tərəfin aqressiyası, səviyyəsiz, aşağılayıcı sözləri ilə üzbəüz qaldıq”.

Göründüyü kimi, bütün müstəvilərdə “əqidədaşlarına” kəskin fərqlə uduzan Əli Kərimli özünü təmizə çıxarmaq üçün ağlına nə gəlirsə, dilinə də gətirir. Lakin özü də yaxşı bilir ki, xalq heç bir zaman nə Əli Kərimliyə, nə də ki, digər dağıdıcı müxalifət nümayəndələrinə inanmayacaq.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...