KÖŞƏ

Taleh Turqut

“Yarımpsixoloqun” təhlükəli resepti: onu kimlər danışdırır?

18 dekabr 2018 22:29
1169

Müasir dövrdə insanlar arasında çox geniş yayılmış “xəstəlik” peyda olub: məşhur olmaq xəstəliyi. İndiki texnologiyaların və sosial medianın imkanlarından yararlanaraq bunu daha asan etmək olur. Elə bu imkanlardan istifadə edən “xəstəlik daşıyıcıları” müxtəlif üsullarla - bəzən şit zarafatlarla, bəzən ucuz və mənasız çıxışlarla, eyni səviyyəli “şeirlərlə”, musiqilərlə və sairlə bu “məharətlərini” nümayiş etdirirlər. Bir qədər zərərli olsa da bu zərər daha çox onların özlərinə dəyir. Belələri daha çox öz səviylərini nümayiş etdirirlər, ucuz düşüncələrini, daha çox düşüncəsizliklərini sərgiləyirlər.

Lakin “məşhurlaşmaq xəstəliyi”nin ən təhlükəlisi xalqın milli dəyərləri ilə oynamaqdı, cəmiyyətin mənəvi yüksəkliyini aşağılamaqdır. Belə olanda “xəsətlik” bumeranq effekti yaradır, “xəstənin” özünü məhv edir..

Eynilə hələ 19 yaşı olan Nərmin adlı qızın özünü cəmiyyətə “psixoloq” adı ilə sırıması kimi. Nərmin də az yaşında bəzi sadəlövh insanları psixoloq olması ilə aldada bilib, onları ətrafında toplaya bilib. Lakin elə bu kiçik uğuru onun başını gicəlləndirib, onda da “məşhurluq xəstəliyi” yaranıb. O da birdən-birə tanınmaq istəyib. Ancaq bunun üçün ən rəzil bir yol seçib: Azərbaycan xalqı üçün müqəddəsləşən dəyərlərə toxunub, bu dəyərləri aşağılayıb...

Əlbəttə, bütün şəhidlərimiz bizim üçün ayrı-ayrılıqda ülvi dəyərdir. Lakin Milli Qəhrəman Mübariz İbrahimovun igidliyi artıq adilikdən çıxmış, qısa zamanda əfsanələşmiş, bütöv bir xalqın qəhrəmanlıq dastanına, milli dəyərə çevrilmiş bir məfhumdur. Mübariz sıradan bir şəhid deyil, xalqın qəhrəmanlıq ruhunu özünə qaytarmağı bacaran, torpaq uğrunda savaşın qalibiyyət hissinin əsasını qoyan ülvi bir zirvədir. Desək ki, şanlı “Aprel zəfəri”nin mənəvi dayaqlarını məhz Mübarizin qəhrəmanlıq dastanı yaradıb, yəqin ki, mübaliğəyə yol vermiş olmarıq...       

Belə olan halda xeyli suallar ortaya çıxır. Doğrudanmı 19 yaşlı gənc bir qız uşağı, “yarım psixoloq” bunu ancaq “məşhurluq xəsətliyi”ndən edib? Niyə məhz Mübariz İbrahimov? Niyə məhz indi- Ermənistanda gedən proseslər və Azərbaycanda ərazilərin azad edilməsinə ümidlərin artdığı bir vaxtda?... Suallar çoxdur, ancaq əsas cavab budur ki, bütün bunlar 19 yaşlı bir gəncin şıltaq məşhurlaşmaq arzusundan meydan gələ bilməzdi. Bu, onun “yarımpsixoloq” şüurunun məhsulu deyil, daha təhlükəli bir planın tərkib hissəsi olduğu gün kimi aydındır...

Hədəfin Mübariz olması təsadüfi seçilməyib. Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qəhrəmanlıq simvoluna, cəsarət, mərdlik, dönməzlik, Vətən sevgisinin unikallığına çevrilən Mübariz son illərdə həm də millətin mübarizə ruhunu ehtiva edir. Düşmənə nifrətin, torpaqlarımızın yağı tapdağında qalmasına dözümsüzlüyün zirvəsidir Mübariz İbrahimov. Onun hədəf seçilməsi məhz bu ruhun qırılmasına, zədələnməsinə hesablanıb.

Lakin onların hesabları tutmadı, çürük çıxdı. Çünki xalqdan gözləmədikləri şilləni yedilər. Mübarizin artıq şəhidliyin fövqündə dayandığını, xalqın, millətin varlığına, ruhuna, mənliyinə hopduğunu hesablaya bilmədilər. Çirkin qüvvələrin layihəsinə çevrilən Nərmin Şahmarzadə anlamayıb ki, Azərbaycan xalqı müqəddəsləşən mənəvi dəyərlərinə qanı, canı bahasına sahib çıxmağı bacarır, Azərbaycan xalqı ərazilərinin yağı tapdağında qalması ilə barışmayıb və barışmayacaq. Hələ bu xalqın içindən minlərlə, on minlərlə Mübariz kimi oğullar çıxacaq!

“Yarımpsixoloq” məkrli niyyətini kosmopolitizmlə, humanizmlə, insansevərliklə pərdələməyə çalışıb. Özü də etiraf edir ki, erməni əsgəri Azərbaycan torpağındadır, yad ərazilərdədir, ancaq ölməli deyil (?). Bəşəriyyətə, insanlığa qarşı ən ağır cinayətləri törədən erməni əsgərinə “canı yanan” nərminlər “zavallı ermənilər” tərəfindən vəhşicəsinə qətlə yetirilən uşaqları, körpələri niyə düşünmürlər görəsən?!

İnsanlara sevgi aşıladığını iddia edən “yarımpsixoloq” görəsən niyə ermənilərə də bu hissləri xatırlatmır? Ömürlərinin 12-15-ci baharında ermənilər tərəfindən qətlə yetirilən Samiri (1988), Səlimi (1987), Səbinəni (1988) nə üçün xatrılatmır, onların qatillərinə nədən “psixoloji dərs” vermir? Bu qatillərə niyə başa salmır ki, 9 yaşlı Farizin, 2 yaşlı mələk üzlü Zəhranın müharibəyə heç bir dəxli yox idi axı...

Qəribə məntiqi var “yarımpsixoloq”un. Belə çıxır ki, Azərbaycan əsgəri onun torpağında işğalçı sifətində olan silahlı erməni əsgərini öldürəndə qəddar, qatil olur, ancaq öz evinin həyərində oynayan 9 yaşlı uşağı, yenicə “Nənə” deməyi öyrənən 2 yaşlı körpəni elə nənəsinin qucağında, həm də dinc dövrdə öldürən erməni isə günahsız “ana uşağı” olur?

Bu fikirləri söyləyinin Azərbaycan xalqının nümayəndəsi olduğunu düşünmək çətindir. Əlbəttə, “yarımpsixoloq”un kim olduğunu yalnız özü və onu dünyaya gətirənlər bilir. Ancaq onun azərbaycanlı qanı daşıdığına inanmaq da asan deyil...

P.S. Sonda “kosmopolit humanizm mələyi”nə belə bir sual vermək yerinə düşər: Görəsən, Zori Balayan sənin ananın da qarnını yarıb səni oradan yarımçıq çıxarsaydı  yenə də bu qədər ermənisevər olardınmı?.. 

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər