KÖŞƏ

Mənsumə Babayeva

“Demokratiya carçıları”nın qrant davası

30 noyabr 2018 14:22
1728

İstər ölkə daxilində, istərsə də müxtəlif adlar altında üz tutduqları və sığınacaq aldıqları Avropada əsas fəaliyyət istiqamətlərini Azərbaycan dövlətçiliyi əleyhinə yönəldən bu kimi şəxsləri təəssüflər olsun ki, nə Vətən, nə də millət, xalq düşündürür. Onları yalnız və yalnız ölkəmizin uğurlarını həzm edə bilməyən bəzi antimilli dairələrin, erməni lobbisinin üç-beş quruş qrantları düşündürür. Məhz bu qrantlar sayəsində onlar Azərbaycan dövləti, xalqı barədə mənfi rəy formalaşdırmağa cəhd edirlər.

Məlum olduğu kimi, bir sıra xarici ermənipərəst mərkəzlərin sifarişləri və direktivləri əsasında hərəkət edən bu “sapı özümüzdən olan baltalar” ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer alır, sosial şəbəkələrdə antimilli maraqlara xidmət edirlər. Bir sözlə, Azərbaycanın əleyhinə təbliğat kampaniyası qurmaq üçün “qrant paylayan” xarici fondların sifarişlərini yerinə yetirən bu satqın şəbəkəsinin üzvləri demokratik inkişaf yoluna sədaqət nümayiş etdirən, insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirən, eləcə də regionun əsas iqtisadi güc mərkəzinə çevrilən Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyaların ön sıralarında yer alırlar.

Göründüyü kimi, küçə səviyyəsində, təhqirlərlə dolu statuslar yazmaqla, sosial şəbəkədə özlərini “mübariz” hesab edənlərin, cəmiyyətimizə “qəhrəman”, “müxalifətçi” kimi sırınmaq istəyənlərin əqidəsinin, prinsipinin, marağının yalnız pul hərisi altında qurulduğu artıq heç kimə sirr deyil. Necə ki, “iaşə müxalifəti”nin mərkəzində yer alan Məhəmməd Mirzəli və Tural Sadıqlı kimi tanıdığımız iki mühacir gənc bu günlərdə bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndirməklə özlərini ifşa etdilər. Hər halda Məhəmməd Mirzəlinin fikirlərindən belə anlaşılır. Mirzəlinin yazdıqlarından anlaşılır ki, Tural Sadıqlının mənimsədiyi qrantın məbləği kifayət qədər böyükdür və təxminən 80 min avrodan söhbət gedir. Tural Sadıqlı da Əli Kərimli xislətinə uyğun olaraq həmin 80 min avronu dədə malı kimi mənimsəyərək ətrafına topladığı “demokratları” 100 avro ilə yola verib. Beləliklə də Avropadakı anti-Azərbaycan şəbəkə arasında pul davasına start verilib. Elə Məhəmməd Mirzəli də bunu açıq şəkildə etiraf edib: “Sən özünü ifşa etmək qərarına gəldin davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın”.  Tural Sadıqlı isə öz növbəsində yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib.

Artıq hər kəsə məlumdur ki, Azərbaycanın adına ləkə gətirən Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Temirxan, Emin Milli  kimi anti-Azərbaycan kampaniyasının üzvlərini yalnız bir dəyər birləşdirir - qrant. Onlar üçün pul hər şeydən üstündür - ailədən də, Vətəndən də... Şübhə yox ki, qrant davası hələ çoxunun əsl simasını üzə çıxaracaq.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...