KÖŞƏ

Zahid Rza

Antiazərbaycan şəbəkənin qrant rəzaləti: “Sən nə zəhərli ilanmışsan əəə ?!”

28 noyabr 2018 22:10
2721

Söhbət  Vətənə xəyanətin müqabilində  şübhəli qrant kimi alınan 100 minlərlə avrodan gedir....

Son günlər antiazərbaycan dairələrin çirkli pulları ilə bəslənən antimilli ünsürlərin, xarici qrant uğrunda biri-birilərini  amansızcasına təhqir atəşinə tutan milli satqınların virtual savaşı yenə qızışıb.

Milli maraq və mənafeləri antiazərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan pozucu müxalifət “liderciklərinin” əlləri hər yerdən üzüldüyünə görə fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, antiazərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-siyasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum, orduxan teymurxanlara, məhəmməd mirzəlilərə, tural sadıqlılara üstünlük vermələri hamımıza məlumdur.

Bu günlərdə həmin antimilli düşərgədə baş verənlər bir daha göstərdi ki, bunların bütün fəaliyyəti yalnız və yalnız erməni lobbisinin və antiazərbaycan dairələrin qrantları üzərdində formalaşıb. Bunu sosial şəbəkədə “mühacir” adı altında xarici ölkələrin birində məskunlaşan Məhəmməd Mirzəli ilə antimilli ünsürlər dəstəsinin baş təlxəklərindən olan Tural Sadıqlı arasında gedən qrant savaşında açıq-aydın görmək olar. Bu savaşın səbəbi isə təxminən 210 min avrodur. Həmin çirkli pulları, yəni qrantı bu saxta “demokratlar”a himayədarları, həm də “mühacirlər”in “maması” (və ya “mama mühacir”), cəmiyyəimizin yaxşı tanıdığı Leyla Yunus  düzüb-qoşub.

Həmin pullar Orduxan Teymurxan Bəbirov, Məhəmmədəli Mirzəli, Tural Sadıqlı və daha 5 nəfərin arasında bölüşdürülməli olsa da, deyəsən, “dostlar” Məhəmməd Mirzəliyə yaxşıca atıblar. Əli hər yerdən üzülən Məhəmməd Mirzəli isə sosial şəbəkədə bu işin başbiləni olan Tural Sadıqlını ittiham edərək yazıb: “Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı “youtube”dan sildirdim. Mən bu işləri pulsuz görən adamam biz qrant gəlməsə belə birgə nəyəsə razılaşsaydıq təbii ki işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, “xalqın layihəsini də qrant” üçün etdin, mən bu dəqiqənin özümdə belə xalqın layihəsini etməyə hazıram, pulsuz parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, el yazmısan ki, yanımıza çəkdik filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm”.

M. Mirzəli daha sonra T.Sadıqılını satqınlıqda da ittiham edərək bildirib  ki, əgər Turalın Bakıda və Almaniyadakı fəaliyyətindən yazsa, daha böyük gizlinlər ortya çıxar. Tural Sadıqlı isə öz növbəsində yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib.

Şübhəsiz, qrant uğrunda savaş qızışdıqca Azərbaycan əleyhdarlarının çirkli pulları ilə bəslənən və onların dirijor çubuğu ilə idarə olunan bu xəyanətkarların özləri boyda zibilləri getdikcə daha çox üzə çıxacaq.  

 Bundan əvvəl də cəmiyyətimiz bu qrant mikroblarının belə çirkin əməllərinin şahidi olmuşdu. Məsələn, bir müddət əvvəl ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın  bir-birilərinə qarşılıqlı ittihamları diqqəti çəkir. Xədicə İsmayıl Sevinc Osmanqızını “Meydan TV”nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu və Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirmişdi. S.Osmanqızı isə öz növbəsində Xədicəni xəstə adlandırmışdı. Natiq Adilov Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edib, eyni zamanda müxalifəti fəaliyyətsizlikdə günahlandıran vəkil  Aslan İsmayılov haqqında da tənqidi status yazmışdı. O, Aslan İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib Natiq Adilov hesab edir ki, Aslan İsmayılov sifarişlə işləyən müqəvvadır. Kamil Vəli Nərimanoğlu isə Emin Millini Emin Zilli adlandıraraq onu eşşəyə bənzətmişdi.

  Bütün bu baş verənlərin fonunda düşünürsən ki, antiazərbaycan dairələrin beş-on quruş tula payı ilə öz xalqına, dövlətinə və dövlətçiliyinə xəyanət edən, “demokratiydan”, “insan haqları”ndan dəm vuran, haray-həşir salan bu əqidəsiz, məsləksizlərin yaxasından tutaraq onların üzlərinə tüpürmək belə azdır.

Bu psevdovətənpərvərlərin belə çirkin və xəyanətkar əməllərini gördükdə adamın yadına məşhur filmimizdə Rüstəm kişinin Yarmammədə dediyi sözlər düşür: “Sən nə zəhərli ilanmışsan əəəə....”  Deyəsən, bunlardan zəhərliləri hələ daş altında yatırlar. Belə getsə, onlar da tezliklə üzə çıxacaqlar..

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...