KÖŞƏ

Zahid Rza

“Ayının min bir oyunu bir armudun üstündədir”

22 noyabr 2018 23:34
3120

Azərbaycanın güclənməsini istəməyən, onun uğurlarını həzm edə bilməyən antiazərbaycan dairələr bütün qüvvələrini cəmləşdirərək ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaqla yanaşı, yeni məkrli planlar hazırlayıb, onları reallaşdırmaq üçün min bir oyundan çıxırlar. Onlar bu məqsədlə özünü “demokratik qüvvələr” adlandıran bir qrup marginal dəstədən-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli kimi adını azərbaycanlı qoyan məxluqlardan və onların tör-töküntülərindən məharətlə istifadə edirlər.

Artıq dəfələrlə sübut olunub ki, antiazərbaycan dairələr və ermənipərəst qüvvələrlə əlbir olan  həmin xəyanətkar antimilli şəbəkənin üzvləri ya bəzi xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, ya da məlum fondlar vasitəsilə bəzi dövlətlərin maraqlarını yerinə yetirirlər. Bu marginallar öz ağalarından aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu dəstənin baş koordinatorlarından biri də AXCP sədri Əli Kərimlidir. Hələ ötən əsrin 90-cı illərində “Yurd”un rəhbərlərindən biri kimi AXC-yə sırınan siyasətlə yox siyasətbazlıqla məşğul olan Ə.Kərimlinin “siyasi məhbus” alveri ilə məşğul olması elə onun cəbhədaşlar”ı tərəfindən də dəfələrlə dilə gətirlib. Antiazərbaycan dairələrdən aldığı qrantlar, ianələr hesabına öz merkantil maraqlarını gerçəkləşdirməyə çalışan, heç bir sosial bazası olmayan AXCP sədri Ə.Kərimli səbatsız, siyasi-ictimai görüşləri məhdud olan gəncləri  müxtəlif şirin vədlərlə, bəlağətli çıxışlarla öz ətrafına yığaraq siyasi şoular göstərərək gündəmdə qalmağa cəhd etsə də, heç nəyə nail ola bilmir. Onun noyabrın 17-də,  Milli Dirçəliş Günündə  çıxardığı oyunlar da son 20 ildə böyük ustalıqla müəlliflik etdiyi siyasi şou proqramlardan bir fraqment idi desək, yanılmarıq. Cəmiyyətin ikrah və istehza obyektinə çevrilən Əli Kərimlinin o “şou tamaşadakı tərəfdaşı və ya “səhnə dostu” olan “Milli Şura”nın sədri, bir budaqda oturub min budağı silkələyən Cəmil Həsənliyə isə ələkçinin qıl verəni də demək olardı. Cəmiyyətin dəstəyindən mərhum olan bu siyasi dələduzlar qanunvericiliyin ziddinə olaraq çıxardıqları əməllərə görə xəcalət təri tökmək, “öz ayıblarına kor olmaq” əvəzinə antiazərbaycan dairələrin pulları ilə fəaliyyət göstərən internet televiziyalarda haray-həşir salaraq məşhur bir filmdə deyildiyi ki, “demokratiyanın, söz azadlığının pozulmasından” dəm vurur.

Əslində heç kimə sirr deyil ki, Ə.Kərimli, C.Həsənli kimi lakeylər erməni lobbisinin təsiri altında olan bəzi təşkilatların çirkli pulları ilə qidalanaraq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna kölgə salmağı, qara yaxmağı öz fəaliyyətlərinin əsas prinsipinə çeviriblər. Cəmiyyətimiz antimilli ünsürlərin məkrli niyyətini çox yaxşı bilir. Onların xaricdəki Azərbaycan əleyhdarlarının beş-üç qəpik tulapayına şirniklənərək hansı çirkin oyunlardan çıxdıqlarına da yaxşı bələddir. Öz çirkin fəaliyyətlərini davam etdirən bu antimilli mikroblar ölkəmizin əleyhinə təbliğat aparmaqla xaricdəki ermənipərəst “ağalarının” könlünü alaraq onların sifarişlərini yerinə yetirmək üçün yeni metodlardan istifadə etməyə başlayıblar. Bu xəyanətkarlar öz çirkin əməlləri, məkrli planları ilə bir daha  göstərdilər ki, onların əsas məqsədləri ermənipərəst dairələrin və antiazərbaycan qüvvələrin sifarişlərini yerinə yetirərək yaxşıca qazanmaqdır. Necə deyərlər, “ayının min bir oyunu bir armudun üstündədir”

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...