Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 19:03
349

Neftin qiyməti həftəni iktilərlə tamamlayır

Dünya birjalarında neft qiymətləri bu həftəni də itkilərlə keçirməyə yönəlib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, “qara qızıl”ın qiyməti tələbatdakı dəyişkənlik, Liviya və İraqda artan neft hasilatının əlavə tədarük yaratacağına dair narahatlıqlar fonunda ucuzlaşır. Beləliklə də artan tədarükün bazarlara mənfi təsir edəcəyinə dair narahatlıqlar neftin son 4 həftədə ardıcıl üçüncü həftəni də itkilərlə keçirməsinə səbəb olub.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 41,87 dollara, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 40,12 dollara alıcı axtarır.