16 iyul 2019 17:50
173

"Neftçi"nin potensial rəqibindən qeyri-adi təqdimat - FOTO

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" yeni transferini qeyri-adi üsulla təqdim edib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, Tula təmsilçisi yeni oyunçusunun şəklini sosial şəbəkədəki rəsmi səhifəsində qocalma effektindən istifadə edərək yayımlayıb.

Azarkeşlər fotodakı "qoca"nın müdafiəçi Aleksandr Dovbnya olduğunu ehtimal edirlər. "Lokomotiv" klubunun yetirməsi olan 23 yaşlı futbolçu Rusiya yığması ilə U-17-lər arasında Avropa çempionudur.

Qeyd edək ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Moldova "Speranta"sını 3:0 hesabı ilə məğlub edən "Neftçi" rəqibini keçsə, növbəti raundda "Arsenal"la qarşılaşacaq. "Neftçi" ilə "Sperantsa" arasında cavab matçı iyulun 18-də "Bakcell Arena"da keçiriləcək.