Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
30 oktyabr 2020 19:05
360

"Neftçi"nin koronavirusdan sağalan legioneri yenidən millidə

Konqo yığmasının noyabrın 12-də Afrika Millətlər Kubokunda Esvatini seçməsi ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

"İki sahil" federasiyanın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Valdo Filyo 27 futbolçuya dəvət göndərib.

Braziliyalı mütəxəssisin yığmaya çağırdığı oyunçular arasında "Neftçi"nin hücumçusu Prins İbara da var.

Filyo millinin bundan əvvəlki toplanışında koronavirusa yoluxan və bu yaxınlarda sağalan 24 yaşlı forvarda yenidən etimad göstərib.

Qeyd edək ki, müqavilə ilə Belçikanın "Birşot” klubuna məxsus Prins İbara "Neftçi"də cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.