18 iyun 2019 21:20
309

"Neftçi"dən ayrılan futbolçu "Sabah"da

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə qatıb.

Paytaxt təmsilçisi son mövsümü "Neftçi"də çıxış edən Məhəmməd Mirzəbəyovla anlaşıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Oyunçu karyerası ərzində "Anji" (Rusiya), "Sumqayıt", "İnter" və "Qəbələ"nin də formasını geyinib. Mirzəbəyov Azərbaycan millisində 18 matça çıxıb.

Xatırladaq ki, Məhəmməd Mirzəbəyov "Sabah"ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanılıb. Abışov da son olaraq "Neftçi"də çıxış edib.