Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 10:07
411

"Neftçi" "Keşlə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Qəbələ" evdə "Səbail"lə üz-üzə gələcək. Hazırda "qırmızı-qaralar" 4 xalla sonuncu pillədə yer alıb. Eyni xala malik və bir oyun az keçirən "dənizçilər" isə top fərqinə görə 7-ci sırada qərarlaşıblar. İndiyədək ölkə çempionatında 11 dəfə rəqib olmuş komandaların duelində meydan sahibləri 5, qonaqlar isə 3 dəfə qələbə qazanıblar. 3 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqi də əyalət təmsilçisinin xeyirinədir - 19-12. “Səbail” son 5 matçda qol buraxıb. “Qəbələ” ev oyunlarını qolsuz və xalsız tərk etməyib.

Digər matçda isə 10 xalla 3-cü pillənin sahibi olan "Neftçi" "ASK Arena"da 9 xalla özündən 1 pillə aşağıda qərarlaşan "Keşlə"nin qonağı olacaq. Komandalar çempionatda ümumilikdə 62 dəfə qarşılaşıblar. Bu matçların 15-də meydan sahibləri, 32-də isə qonaqlar qalib gəliblər. 15 görüş isə heç-heçə başa çatıb. "Neftçi"nin vurduğu 94 qola "Keşlə" 61 qolla cavab verib. Son iki matçda hər iki komanda qol vurub. Flaqman" son 8 səfər oyununu qolsuz tərk etməyib.

24 oktyabr (şənbə)

Azərbaycan Premyer Liqası

VII tur

14:00. “Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu.

16:00. “Keşlə” – “Neftçi”
“ASK Arena”.

Qeyd edək ki, ilk dövrənin son turunda sabah keçiriləcək "Sabah" - "Sumqayıt" və "Zirə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.