11 iyul 2019 14:52
171

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Neftçalada bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən qeydə alınıb. “Mercedess” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.