25 iyun 2019 10:37
266

Nə üçün özümüzü ac hiss edirik?

Gün ərzində nə qədər yemək yesək də qısa bir müddət sonra təkrardan aclıq hiss ediriksə bunun altında yatan bəzi səbəblər var.  Mütəxəssislər qeyd edirlər ki, davamlı olaraq aclıq hiss etmənin səbəbi zamansız və yanlış qidalanmaqdır. Niyə davamlı olaraq acam? Niyə mütəmadi olaraq nəsə yemək istəyirəm? Hansı qidalar daha uzun müddət tox tutar? Bu kimi suallar sizi də narahat edirsə, onların cavablarını dietoloqlardan eşitmək daha doğru olardı.

Mütəxəssislər gün ərzində mütəmadi olaraq ac hiss etməyimizə səbəb olan  yanlış davranışları belə sıralayırlar.

Gün boyu protein aclıq hormonlarına nəzarət edərək iştahımızı nizamlamaqda böyük rol oynayır. Aparılan araşdırmalara görə, gün içərisində aldıqları kalorinin 25 faizini proteindən alan artıqçəkili insanların, daha az protein qəbul edən kəslərə nisbətən gecə atışdırmaq üçün yüngül qidalara ehtiyacları daha az olur.

Kifayət qədər yatmırıqsa bu da aclıq hissini gün ərzində bizimlə birlikdə olmasına gətirib çıxarır. Belə ki, iştah oyandıran ghrelin hormonun səviyyəsi artır və bu da aclıq hiss etməyimizə səbəb olur. Bunun üçün mütləq şəkildə 8 saat normal yuxu rejimi olmalıdır.

Yetərli dərəcədə yağ qəbul etmiriksə bu da aclıq hissinin tez bir zamanda yüksəlməsinə gətirib çıxara bilər. Mütəxəssislər bunu yağların həzminin çətin olması və toxluq hormonlarının istehsalının artması ilə əlaqələndirirlər.

Toxluq hissini artıran digər bir maddə isə heç şübhəsiz sudur. Əgər yemək yeməzdən  öncə bir stəkan su içsək həm iştahımızı azaldacaq, həm də orqanizmin daha sürətlə işləməsinə səbəb olacaq.

Yüksək lifli qidalardan qida rasionumuza əlavə etsək, aclıq hissini bizə unutdurmaqda əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Belə ki, liflə zəngin məhsulların həzmi uzun zaman aldıqları üçün iştahaya nəzarət etmək funksiyasına malikdirlər.

Həddən artıq alkoqol qəbulu da adıçəkilən problemə yol açır. Mütəxəssislər bildirirlər ki, alkoqol içkilər iştahı azaldan  hormonların istehsalını artırır.

Aclıq hissini artıran bir digər amil də çox stresli olmaqdır. Həddən artıq stresli olmaq kortizol hormonunu artırdığı üçün təbii olaraq iştahı da artırır.

Gün ərzində daima ac hiss etməyimizə səbəb olan digər bir amil isə sürətli yemək yeməyimizdir. Çox sürətlə yemək yediyimiz zaman beynimizə toxluq hissinin getməsi zaman alır və bu zaman ərzində də həddən artıq qida tükətmiş oluruq.

Nilufər Mustafaqızı, “İki sahil”