Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
19 mart 2020 15:55
3521

Nə qadağaya, nə də koronavirusa - əhəmiyyət vermədilər - FOTO

Bahar tətilini Florida ştatındakı Mayami çimərliklərində keçirmək istəyən universitet gəncləri ABŞ prezidenti Donald Trumpın koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində 10-dan çox adamın iştirak etdiyi  görüşlərə qatılmama çağırışına məhəl qoymadılar. Gənclər virusa əhəmiyyət vermədən çimərlikdə əyləndilər.

“İki sahil” xəbər verir ki, Ağ Evdəki çıxışında Trump xəstəliyin iyul və ya avqust ayında bitəcəyini söyləyərək səbirli olmalarını xahiş edib: “Bir hökumət olaraq bütün amerikalılara, o cümlədən sağlam gənclərə 10 nəfərin iştirak etdiyi mühitindən uzaq olmağı tövsiyə edirik.”

Ancaq yaz tətilini Florida ştatındakı Mayami çimərliklərində keçirmək istəyən gənclər bu xəbərdarlıqlara və koronavirusun təhlükəsinə əhəmiyyət vermədilər.

Gənclər çimərliklərə axın etdilər, dənizə girdilər, günəş şüalarını qəbul etdilər və bir-birləri ilə sıx təmasa olan qadağaya məhəl qoymadan əyləndilər.