02 dekabr 2019 17:28
209

Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiqlənib

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-ya verdiyi məlumata görə, yeni struktur aşağıdakı kimidir:

Azərbaycan Respublikası Baş Nazirin Katibliyi

Azərbaycan Respublikası Baş Nazirin birinci müavininin xidməti

Azərbaycan Respublikası Baş Nazirin müavinlərinin xidmətləri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti

İqtisadiyyat şöbəsi

Xarici iqtisadi əlaqələr şöbəsi

Beynəlxalq əməkdaşlıq şöbəsi

Hüquq və qanunvericilik şöbəsi

Sosial məsələlər şöbəsi

Humanitar məsələlər şöbəsi

Sənaye və energetika şöbəsi

Aqrar və ekologiya şöbəsi

Regionların inkişafı şöbəsi

Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi

Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi

Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi

Ümumi şöbə

Mətbuat xidməti

İşlər İdarəsi

Baş Nazirin birinci müavininin, müavinlərinin və Aparat rəhbərinin xidməti yaradılıb

Baş Nazirin birinci müavini və Baş Nazirin müavinlərinin xidmətləri yaradılıb.

Eyni zamanda Nazirlər Kabineti Aparatı rəhbərinin xidməti də yaradılıb.

Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının rəhbərinin müavini postu ləğv edilib

Nazirlər Kabineti Aparatının rəhbərinin müavini postu ləğv edilib.

Eyni zamanda Baş Nazirin köməkçisi postları da ləğv edilib.

Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədov, Baş Nazirinin köməkçiləri Ələsgər Ələsgərov və Sabir Bayramov olub.

Nazirlər Kabinetində yeni şöbələr yaradılıb

Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin əsasında İqtisadiyyat şöbəsi, Beynəlxalq əlaqələr şöbəsinin əsasında Beynəlxalq əməkdaşlıq şöbəsi, Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin əsasında Regionların inkişafı şöbəsi və Aqrar və ekologiya şöbəsi, həmçinin yeni Xarici iqtisadi əlaqələr şöbəsi yaradılıb.

Nazirlər Kabinetində yeni idarə yaradılıb

Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsi ləğv edilərək, İşlər İdarəsi yaradılıb.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının İşlər müdiri Hikmət Xəlilov idi.

Nazirlər Kabinetində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib

Nazirlər Kabinetinin Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi ləğv edilərək onun əsasında Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.

Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Müsəddiq Məmmədov olub.