11 iyul 2019 18:10
93

Nazir müavini: Xarici ölkələrdə “Azərbaycan Şərab Evi” açılacaq

Xarici ölkələrdə “Azərbaycan Şərab Evi” açıla bilər. Bununla əlaqədar fəal iş aparılır. Qazaxıstan və Çinin bir neçə əyalətində bu cür evlərin açılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov deyib: “Bununla yanaşı, yaxın vaxtlarda Rusiyada “Azərbaycan nemətləri” (“Дары Азербайджана”) mağazalarının sayının artırılması planlaşdırılır.

“Bütün bunlar Azərbaycanın xarici ticarət dövriyyəsinin artmasına, yeni iqtisadi tərəfdaşlar tapmasına imkan yaradacaq”, - deyə nazir müavini vurğulayıb.