25 may 2020 20:20
1558

Naxçıvana getmək istəyənlərə ŞAD XƏBƏR!

Bakı Naxçıvan nümayəndəliyi Operativ Qərargaha müraciət edib

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin bərpası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha məktubla müraciət edib.

“İki sahil” daimi nümayəndəliyin saytına (ndn.az) istinadən xəbər verir ki, məktub nümayəndəliyə olan çoxsaylı müraciətlərlə əlaqədar ünvanlanıb.

Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.