22 may 2020 10:14
221

NATO Şurasının təcili iclası keçiriləcək

ABŞ-ın “Açıq səma sazişi”ndən çıxması ilə əlaqədar olaraq mayın 22-də NATO Şurasının təcili iclası keçiriləcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Habelə ABŞ-ın dövlət katibi Maykl Pompeo yazılı bəyanatında bildirib ki, mayın 22-də ABŞ iştirakçı ölkələri sazişdən çıxması barədə məlumatlandıracaq. Vaşinqton sazişdən çıxmağını bildirdiyi gündən düz altı ay sonra öhdəliklərini yerinə yetirməyi faktiki olaraq dayandıracaq ki, bu da sazişdən çıxmağın hüquqi proseduruna tam uyğundur.