Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 15:51
504

NASA oktyabrın 26-da yeni kəşfi açıqlayacaq

ABŞ Milli Kosmos və Aeronavtika Mərkəzi (NASA) 26 oktyabrda Ay peyki ilə balı yeni kəşfi açıqlayacaq.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu barədə mərkəz rəsmi açıqlama yayımlayıb.

Bildirilib ki, yeni “həyəcanverici” kəşf 2,7 metr böyüklüyündə güzgülü teleskopu olan “Boeing 747SP” tipli təyyarədə yerləşən İnfraqırmızı Astronomiya Stratosfer Rəsədxanasına aiddir.

Qeyd edək ki, NASA "Artemis" adlı proqram çərçivəsində 2024-cü idlə Ay səthinə bir kişi və bir qadın astronavt göndərməyi planlaşdırır.