28 yanvar 2021 17:19
564

Nabil Dirar “Fənərbaxça”dan gedir

Mövsümün əvvəlindən “Fənərbaxça”da heyətdən kənarlaşdırılan Nabil Dirar köhnə komandası Belçikanın “Brügge” klubuna qayıdır.

“İki sahil” xəbər verir ki, “sarı-lacivərdli” komandaya gələn yeni oyunçularla bərabər ayrılması gündəmdə olan oyunçuların da adları dəqiqləşməyə başlayıb.

Baş məşqçi Erol Bulutun heyətdə düşünmədiyi mərakeşli oyunçu “Ərzurumspor” ilə də razılığa gələ bilməyib.

Qeyd edək ki, 34 yaşlı oyunçu, 2008-2012 –illərdə oynadığı Brugge ilə razılığa gəlib.