13 mart 2020 20:59
1370

Müxtəlif ölkələrin qəribə qadağa növləri

Dünyada bir çox qadağalar mövcuddur. Bu yazıda müxtəlif ölkələrdə qoyulan qeyri-adi qadağalarla tanış ola bilərsiniz.

Butanda ictimai yerlərdə sigaret çəkmək qadağandır. Həmçinin 2011-ci ilin yanvar ayında qəbul olunan qanuna görə, tütün məhsullarının qaçaqmalçılığı və idxalı ilə məşğul olan insanlar 3 ilədək müddətə həbs olunacaqlar.

Əfqanıstanda qəribə qanunları ilə məşhur bir ölkədir. Burada  kişi dərzilər qadın müştərilərindən ölçü götürə bilməzlər. Burada tətbiq olunan qanunlara ğörə, bu qaydaya əməl etməyən  şəxsləri həbs cəzası gözləyir. Əfqanıstanda qadınlara dırnaq boyası istifadə etmək olmaz. Dırnaq boyasından  istifadə edən qadınların barmaqları kəsilə bilər.

Çində qəribə qadağa növləri çoxdur. Çində yerli hakimiyyət haqqında danışmaq olmaz. Orada yerli hakimiyyət orqanları haqqında deyilən hər hansı bir tənqid və ya açıqlama Çindən deportasiya olmağınıza səbəb ola bilər. Çin hakimiyyəti  Avropa hakimiyyət orqanlarından fərqli olaraq, zarafatla söylənilsə belə, hər hansı bir tənqidi qəbul etmir. Həmçinin Çində heç kəsə çətir və ya saat hədiyyə etməyin. Onlarda sevilməyən hədiyyələrdən biri çətirdi, çünki Çin dilində “çətir” sözü “ayrılıq” sözü ilə həmahəngdir. Digər heç sevilmiyən hədiyyə isə saatdır. Çin dilində “ saat vermək” ifadəsi “ cənazəyə getmək” ilə eyni səslənir,ona görə bu şeyləri Çində hədiyyə etmək qadağandır.

Sinqapur cərimə növləri və qoyduğu qadağaları ilə bütün dünyaya məşhurdur. Burada ictimai yerlərdə saqqız çeynəmək qadağandır. İctimai yerlərdə saqqız çeynəyən insanlar böyük bir məbləğdə cərimə ödəməli olurlar. Sinqapurda saqqız çeynənilməsinə qoyulan qadağanın əsas səbəbi turistlər və yerli sakinlər tərəfindən saqqızın həddindən artıq istifadəsinin ətraf mühiti çirkləndirməsidir. Eyni zamanda Sinqapurda ictimai yerlərdə yemək də xoş qarşılanmır. Həmçinin viza müddəti bitən insanlar burada  4 funt uzunluğu olan çubuqlar ilə qəddarca döyülürlər. Sinqapurda digər qəribə qadağalardan biri də odur ki, gecələr küçəyə çıxmaqdır . Gecə Sinqapurda saat 22:00 - da başlayır. Sinqapurda gecə dostlarınızla gəzməyə qərar verərsinizsə, onda yalnız iki nəfər olduğunuzdan əmin olun və bacardığınız qədər tez geri dönün. Əks təqdirdə, şəxsiyyətinizi təsdiqləmək üçün polis bölməsinə aparılma və ya cərimə olunma təhlükəsi ilə üzləşə bilərsiniz. Çünki Sinqapurda 22:00-dan sonra iki nəfərdən çox adamın toplanması rəsmi olaraq qadağandır.

Sudanda açıq-saçıq  geyinmək olmaz. Burada tətbiq olunan qanunlara görə, “ədəbsiz” qadınları cəzalandırırlar. Məşhur jurnalist Lubna Əhməd Əl-Hüseyn qısa açıq dekolteli paltar geydiyi üçün o həbs olunmuşdu. Buranın qanunlarına, görə ona 40 qamçı vurulmalı idi. Lakin yüksək miqdarda cərimə ödədikdən sonra bu dərddən canını qurtarmış olur.

Malaziyada ictimai yerlərdə qucaqlaşmaq və əl tutmaq qadağandır. Bu qanunlara riayət etməyən insanlar bir il müddətində azadlığdan məhrum edilə bilərlər.

İngiltərədə qəribə bir qanun var. Burada kraliça Elizabetin şəkili olan poçt markasını düzgün yapışdırmayan insan dövlətə xəyanət etdiyinə görə  həbs oluna bilər.

ABŞ-da terrorizm haqqında danışmaq olmaz. Əgər bu haqda zarafat etmək istəsəniz belə sizə qarşı ciddi ittihamlar irəli sürülə bilər və hətta Amerikadan qovula bilərsiniz. Eyni zamanda amerikan vətənpərvərliyi və din haqqında söz açmaq da məsləhət deyil.

Tailandda saqqız çeynəmək olmaz. Tailandda saqqız çeynəsəz 600 dollar cərimə ödəməli olacaqsınız.

Fransada qəribə qadağalar çoxdur. Burada 24 saat ərzində işləyən mağazalar yoxdur. Fransada  bir çox mağazalar  12:00-dan 14:00-a qədər nahar fasiləsi ilə fəaliyyət göstərir. Bazar və bayram günlərində əksər mağazalar tamamilə bağlanır. Ümumiyyətlə, Fransada bazar günü alış-veriş etmək mümkün deyil, çünki bütün mağazalar bağlı olur.

Samirə Tağıyeva, “İki sahil”