23 oktyabr 2019 20:17
259

Müxtəlif ölkələrin maraqlı yol qaydaları

Artıq  şəxsi avtomobilin  olması  lüks həyat tərzi sayılmır. Biz ona sadəcə bir nəqliyyat vasitəsi kimi baxırıq və hər bir ölkənin fərqli yol hərəkəti qaydaları var. Bu gün sizə ən maraqlı  yol hərəkəti qaydalarından danışacağıq

Danimarka

Danimarkada siz heç vaxt  maşını tam yoxlamamış yola çıxa bilməzsiniz. İnanılmaz qanunlardan biri  də odur ki, siz maşının alt hissəsini də tam yoxlamalısınız. Bu səbəbdən də sözügedən ölkədə yol qəzaları nadir hallarda baş verir. 

Tailand

Tailandda yol polisi köynəksiz maşın idarə edən insanları saxlaya bilər, açıq -saçıq geyinən qadın sürücülər isə hətta burada həbs oluna bilər.

Meksika

Meksika bəlkə yeqanə ölkədir ki, burada qadınlara sükan arxasında makiyaj etmək qadağası qoyulub. Hətta bu ölkədə sükan arxasında olarkən  güzgüyə  çox baxmaq belə tövsiyə olunmur.

ABŞ

Amerika Birləşmiş Ştatlarında qanunların bəziləri aktuallığını artıq itirib, bəziləri isə hal hazırda fəal qanunlar sırasındadır. Alabama ştatında maraqlı səslənsədə, məntiqli bir qanun var . Qanuna əsasən  sükanın arxasına ayaqyalın  oturmaq olmaz.Bu qanun, baş verən dəhşətli yol qəzasından sonra qəbul edilib.  Belə ki, bir sürücü tormozu vaxtında basa bilmədiyinə görə qəza törədib, səbəb isə pedalın isti olması olub. Pensilvaniya ştatında isə maşınla heyvanları qorxutmaq olmaz.

Flippin

Flippinlilər tıxaclarla çox mübarizə aparırlar. 

Bu ölkədə yalnız bazar günü  bütün nömrəli maşınları  yolda hərəkət edə bilən görə bilərsiniz, lakin  həftənin digər günləri isə rəqəm məhdudiyyəti qoyulur.

Avstriya

Avstriyada qəribə bir qanun var. Bu qanuna əsasən maşında videoqeydiyyatçıdan istifadə etmək qadağandır. Belə ki, bu qurğu insanların şəxsi həyatına əngəl törədə bilər.

Billion.news saytının məlumatları əsasında hazırladı: 

Samirə Tağıyeva