18 noyabr 2019 14:34
294

Müsavat başqanının Almaniyada 340 min manatlıq EVİ ORTAYA ÇIXDI - FOTO

Azərbaycanlı jurnalist Yafəz Əkrəmoğlu müxalif partiya liderlərindən birinə məxsus olan və Almaniyada yerləşən mənzilinin fotolarını yayıb.

Publika.az xəbər verir ki, jurnalist fotonun qeyd bölməsinə bu sözləri yazıb:

“Dostlar, kim deyә bilәr, Almaniyanın Köln şәhәrindәki bu binanın axırıncı mәrtәbәsindәki balkonlu mәnzil hansı müxalifәtçi Azәrbaycan siyasәtçisinә mәxsusur? İpucu verirәm: Bu mәnzilin alınmasında mühacir alverindә әldә olunan pulların böyük rolu var.

Evin qiymәti 180 min avrodur (338512 manat). Aylığı 830 avroya kirayә verilib”.

Jurnalistin bu sözlərindən mənzilin Müsavat Partiyasının başqanı Arif Hacılıya məxsus olduğu təəssüratı yaranır. Sosial media istifadəçiləri də rəylərdə mənzilin Arif Hacılıya məxsus olduğunu təsdiq edib.