KÖŞƏ

Mənsumə Babayeva

Mühacir açılımı və ya Əli Kərimli simasızlığının növbəti nümunəsi

24 may 2019 10:32
1224

Son dövrlər xarici ölkələrdə mühacir kimi yaşayan soydaşlarımızın Vətənə qayıdış prosesi, onların dövlətimizlə əməkdaşlıq etmək istəyi günün aktual məsələlərindən birinə çevrilib. Bu cür əməkdaşlıq isə AXCP sədri Əli Kərimlinin və onun əlaltılarının narahatlığına səbəb olub. Göründüyü kimi, xaricdə yaşayan bir çox soydaşlarımız  artıq Azərbaycanın davamlı inkişaf yolu ilə irəlilədiyinin, həyat səviyyəsinə, keçdiyi inkişaf yoluna görə dünyanın qabaqcıl dövlətinə çevrildiyini müşahidə edirlər. Aydın məsələdir ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın iradəsinə uyğun apardığı müstəqil siyasətin nəticəsində mümkün olub. Xaricdə yaşayan radikalların mövqeyindəki dönüş, hətta nicatı öz dövlətlərində axtarmağa başlamaları Əli Kərimlini narahat etməyə bilməz. Bununla da siyasi meydanda tək qalmaqdan qorxan Əli Kərimli qeyri-adekvat davranmağa və bəyanatlar verməyə başlayıb. Kərimlinin özünün paylaşımlarına da diqqət etdikdə aydın görünür ki, bu adam siyasi fəaliyyətdən tamamən uzaqlaşıb. Yazdıqlarında, danışdıqlarında siyasi komponentlər demək olar ki, yox dərəcəsindədir. İnternet tv-lərdəki çıxışları da şou xarakterlidir və getdikcə tərtəmiz yumoristik məzmun alır. Məsələn, deyir ki, hakimiyyət fərqli fikrə dözümsüz yanaşır. Ətrafında hətta fərqli şəkildə qımıldaya biləcək bir nəfərin belə olmadığı halda hökuməti fərqli fikrə dözümsüzlükdə ittiham etməsi Kərimlinin yumorist məharətinə açıq işarə deyilmi?

Bu gün Azərbaycan qanunları imkan verir ki, siyasi mövqeyindən asılı olmayaraq istənilən azərbaycanlı öz ölkəsinə qayıda və rahat yaşaya bilər. Ölkədə aparılan islahatlar, eyni zamanda, ölkədəki liberal mühitin daha da möhkəmlənməsini nəzərdə tutur. Ölkə Prezidentinin Novruz bayramı ərəfəsində imzaladığı əfv Sərəncamı habelə ölkədən çıxışla bağlı bəzi şəxslər üzərindəki qadağaların ləğvi də buna nümunədir. Göründüyü kimi, radikal  düşərgədə olanlardan da buna müsbət mənada reaksiya verənlər  var. Ən sərt mövqeyi ilə seçilən Emin Millinin Prezident İlham Əliyevdən üzr istəməsi göstərir ki, Avropada mühacir adı altında yaşayanlar Azərbaycandakı siyasi açılımdan bəhrələnmək istəyirlər.

Onu da xüsusi vurğulayaq ki, bir müddət öncə xaricdə yaşayan və vaxtilə radikal mövqeyi ilə seçilən bir şəxsin öz səhvlərini etiraf etməsi radikal düşərgədə geniş müzakirə olundu və başda Əli Kərimli olmaqla dağıdıcı ünsürlər həmin şəxsi hədəfə alaraq ünvanına təhqirlər yağdırdılar. Ümumiyyətlə, qeyd olunmalıdır ki, bəzi insanların öz səhvlərini anlamaları, etiraf etmələri və üzr istəmələri yaxşı bir tendensiyanın başlanğıcıdır. Amma görünür Əli Kərimlinin əməlləri bu məqsədlərə hesablanmayıb və bu səbəbdən də onun fəaliyyəti Azərbaycanda qarşıdurma yaratmaq istəyən anti-Azərbaycan qüvvələrin fəaliyyətləri ilə üst-üstə düşür. Səhvini etiraf etmiş insanı hədəfə almaq, onu “islah edilmiş” adlandırmaq Əli Kərimlinin hansı mədəniyyətə və siyasi simaya malik olduğunu bir daha göstərmiş oldu.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...