10 iyul 2020 10:22
364

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

2020-2021-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu növbəti həftədən başlayacaq. 

"İki sahil" xəbər verir ki, bu il müsabiqənin test mərhələsinin ölkənin bir neçə şəhər və rayonlarında, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.