Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 oktyabr 2020 10:07
626

Müasir döyüş vasitələri həqiqətən təəccübləndirir

Artıq qılınc qalxanla olan müharibələr çox keçmişdə qalıb. Müasir dünyada, texnologiya və mühəndislik bacarıqları olduqca uzaq məsafədən, dəqiq və çox güclü dağıdıcılığa malik silahlar istehsal etməyə imkan verir.

Keçən əsrdə inkişaf etdirilən müxtəlif növ odlu silahlardan fərqli olaraq, hazırda planetimizi silmək potensialı olan biosilahlar və çox dəqiqliklə hazırlanmış dəqiq qanadlı raketlər, milyard dollarlıq sualtı gizli missiya qayıqları və s. kimi silahlar mövcuddur. Təhlükəli olan real müasir öldürmə maşınları haqqında aşağıda maraqlı həqiqətlərlə tanış ola bilərsiniz:

“İsti kartof”

Çiyin silahı olan, tank əleyhinə silah olaraq da bilinən “Raket Hərəkətli Əl Bombası” (RPG) hər hansı təlim belə keçməmiş bir əsgərin istifadə edə biləcəyi ucuz və sadə bir silahdır, lakin buna baxmayaraq, çox milyonluq bir tankı asanlıqla məhv edə bilər. “RPG-7”-də bomba saniyədə maksimum 295 metr sürətlə uçmaqla 500 metr uçuş edə bilir.

“Ağır Qustav”

Almaniyada istehsal olunan dəmiryol silahı “Ağır Qustav” təxminən 1930-cu illərdən mövcud olan ən güclü istehkamdır. Bu, indiyədək döyüşdə istifadə edilən ən iri çaplı silah və indiyə qədər inşa edilmiş ən ağır mobil top artilleriya qurğusudur.

Okean kralı

Okeanın kralı sayılan “Nimitz Class Aircraft Carrier” 1000 futdan uzundur və 100 min ton ağırlığındadır. Hazırlanması 4.5 milyard dollara başa gəlir və hazırda xidmətdə olan dünyanın ən böyük hərbi gəmisidir. ABŞ ordusunda hər biri 85-90 təyyarə ilə işləyə bilən, iki nüvə reaktorunda çalışan bu nəhəng üzən silahdan 10 ədəd var. Bu nəhəng gəmilər bir dəfə doldurulduqdan sonra 20 ilə qədər yanacaq doldurulmasına ehtiyac yoxdur.

“Bütün bombaların atası”

Aviasiya termobarik bombası dünyanın nüvə silahı olmayan ən güclü  silahıdır. Rus termobarik silahı olan bu bomba 44 ton həcmində TNT gücü ilə partlayaraq meqa atəş topu əmələ gətirə bilir.

Bu quşdur, təyyarədir, yoxsa raket?

Qitələrarası ballistik raket (ICBM) nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuşdur, minimum məsafəsi 5500 km - Nyu-Yorkdan Londona qədərdir. Təyyarələrdən, sualtı qayıqlardan və raket siloslarından atıla bilir.

Begemot bomba

Rus Çarı Bombası (Sovet RDS-220 hidrogen bombası) bu günə qədər bəşəriyyət tərəfindən partladılan ən güclü cihazdır. Bombanın partladılması1961-ci ildə göydə Everest zirvəsindən təxminən yeddi qat daha yüksək olan və ərazidən 600 mildən çox məsafədə görünən, səmada 40 kilometrə qədər uzandığı təxmin edilən bir göbələk buludu yaratdı.

Dəqiq nişan alan silah

Con Makheyl adlı sahibkar döyüş raketi qabiliyyətli texnologiyaya malik bir əl silahı yaratmaq istəyirdi. Nəticədə istənilən şəxsin təlim görmüş bir snayperçi kimi dəqiqliklə atəş aça biləcəyi bir silah yaradıldı. “A TrackingPoint Precision-Guided Firearm” çox uzaq məsafələrdə dəqiqliklə nişan alan və yüksək hədəf sürətinə malik bir silahdır. Onun wi-fi sistemi, hədəfi və baş verənləri video yaddaşda saxlamaq seçimi də vardır.

“Əfsanə” silah

İsrailli silah mütəxəssisi Uzi Qal, adını daşıyan “Uzi” avtomatının tezliklə belə məşhurlaşacağını təxmin belə etməmişdi. 1956-cı ildə ixtira edilən bu silah dövlət üçün çox qazanclı olsa da, adi dövlət işçisi olan Uzi Qal əməyinin bəhrəsini görmədi.

Asan və möhtəşəm

Rusiyanın məhsulu “Kalaşnikov AK-47” dünyanın ən məşhur hücum tüfəngi hesab edilir. Etibarlı və istehsal xərcləri az olan bu silahın cəmi 8 hərəkətli hissəsi var və istifadəsi çox asandır. Kiçik yaşlı uşağa belə bir saat içərisində bu silahdan istifadə etmək öyrədilə bilər.

Ən çox satılan silah

Dünyadakı ən məşhur və effektiv silahlardan biri olan “MG3” pulemyotu bir vasitə üzərində quraşdırıla bilən ümumi təyinatlı bir pulemyotdur. 30-dan çox ölkə onu hərbi qüvvələrində istifadə etmək üçün əldə etmiş və bir sıra digər ölkələr lisenziyaya əsasən, Avstriya, Argentina, Danimarka, İtaliya, Estoniya, Türkiyə, Meksika, Pakistan, Yunanıstan, İran və İspaniya bu pulemyotu istehsal edirlər.

Çox praktik alman silahı

Almaniyada dizayn edilmiş “DSR-Precision 50” snayper tüfəngi həm praktikdir, misilsiz bir hidravlik sistemə malikdir və əlçatandır, digər növ tüfənglərlə müqayisədə yüngül və yığcamdır, həm də uzun mənzillidir.

“Kamikadze” dron

Harop İsrail Aerokosmos Sənayesi (Israel Aerospace Industries) qurumunun aerokosmos diviziyası tərəfindən hazırlanan Pilotsuz Uçan Aparat (PUA) və ya gəzən sursatdır. Bu dron əsasən radarların yaydığı radiodalğalara əsaslanaraq özünü hədəfə vurur. Dronun qiyməti 4.5 milyon ABŞ dollarıdır. Harop havada 6 saat qala bilir və maksimal uçuş məsafəsi 1000 kilometrdir. Haropun elektro-optik sensorlarının sayəsində o hədəfi vizual olaraq izləyir və vurur. Əgər hədəf müəyyən olunmazsa, Harop avtonom olaraq bazaya qayıdır. Almaniya, Azərbaycan, İsrail, Türkiyə və Hindistan kimi ölkələr bu silaha malikdirlər. Dünyada ilk dəfə Haropdan Azərbaycanda 2016-cı ildə Aprel döyüşlərində istifadə edilib.

Nubar Süleymanova, “İki sahil”