12 aprel 2019 13:43
70

MTT Baş İdarəsində toplantı keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.

"İki sahil" Müdafiə NAzirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.