18 yanvar 2020 14:24
1025

MSK sədrinin müavini: Bütün namizədlər üçün...

Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin bərabər şərtlərə dayanan təşviqat kampaniyasının keçirilməsi üçün lazımi bütün addımları atıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, bütün dairələr, hətta bütün rayonlar ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilib. O xatırladıb ki, ümumilikdə respublika üzrə 270 açıq və qapalı yer müəyyən edilib:

“Həmin yerlər də namizədlərin sərəncamındadır. Namizədlər dairə seçki komissiyalarına (DSK) məlumat verməklə həmin yerlərdən heç bir çətinlik olmadan istifadə edə bilərlər. Eyni zamanda, ödənişli təşviqatla da bağlı MSK-ya təxminən 40 KİV müraciət edib. Namizədlər həmin KİV-lərin imkanlarından da bərabər şəkildə istifadə edə bilərlər”.