Bakıda sərnişin avtobusu motosikletlə toqquşdu, xəsarət alan var
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” "Report"a istinadən xəbər verir ki, sürücü, 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi sərnişin avtobusu ilə toqquşub. Nəticədə K.Yusifov xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona üz-çənə sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.