KÖŞƏ

Vəli İlyasov

Moskva ermənilərin göz yaşlarına inanmır...

24 dekabr 2019 20:45
717

“Dağliq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı danışıqlar prosesində ermənilər üçün çox əlverişli gündəm itirilib”.  Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verilir ki, bu sözləri Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan dekabrın 23-də Voskanapat analitik mərkəzində müzakirə zamanı deyib.

O, qeyd edib ki, Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində Ermənistan tərəfi üçün çox əlverişli gündəm Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyəti sayəsində itirilib. “Nəticədə, bu gün Dağlıq Qarabağdakı azərbaycanlı icmasının faktiki olaraq legitimliyini aldığı bir vəziyyət var. Bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin müxtəlif rəsmilərinin davranışları  sübut edir. Bu, ermənilər üçün son dərəcə təhlükəli məsələdir”,-deyə David Şahnazaryan bildirib.

Azərbaycanın bütün sahələrdə Ermənistanı üstələməsini təkcə Şahnazaryan deyil, digər tanınmış ermənilər də etiraf etməli olublar. Onlar Ermənistanın dünyada iki yüz il həyata keçirdiyi təbliğatın Azərbaycanın apardığı cəmi otuz illik işi ilə puça çıxmasından olduqca narahatdırlar. Görünür, onlar Azərbaycanın belə əks həmlələrini gözləmirmişlər, ona görə də təəccüblənirlər.

David Şahnazaryan qeyd edib ki,  indi Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən zərərçəkmiş kimi qəbul edilir və bu ölkə daha bir hərbi hücuma haqq qazandıra biləcək dəlillər əldə edib. O, dərin təşviş keçirdiyini belə büruzə verib. “Danışıqlar masasında sözdə mərhələli həll variantı dayanır. Bunu ABŞ, Rusiya bəyan edir. Bu, nə deməkdir? Bu, status məsələsinin kənara qoyulması deməkdir. Danışıqlar masasında bölgələrin təslim olmasına dair bir sənəd var. Bu, tamamilə absurddur. Təsəvvür edə bilərsiniz ki, Dağlıq Qarabağda nə olacaq? Belə meyllər yaranarsa, Dağlıq Qarabağ əhalisi indiyə qədər olduğu kimi öz torpaqlarında möhkəm dayana biləcəkmi?”,- deyə David Şahnazaryan qorxu və həyəcanını, eyni zamanda,  Ermənistanın məğlubiyyət astanasında olduğunu ifadə və etiraf edib.

İrəvanda ölkənin taleyini həll etməli olan rəhbərlər ciddi narahatdırlar. Onlar artıq hərbi qarşıdurmasız da Azərbaycanın qələbə qazanmasının real olduğunu göz altına gətirirlər. Arzusunda olduqları “böyük Ermənistan”ın bir anda cırtdan Ermənistana çevriləcəyinə şübhə etmirlər. Yaratdıqları anti-Rusiya əhval-ruhiyyəsi, kölgəsinə sığındıqları dövlətin onları sıxışdırması və iqtisadi, siyasi və hərbi böhran cəllad erməniləri məsum körpə quzuya çevirməkdədir. Bu “yazıq millət” işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq əvəzinə orda-burda yeni dayaq tapmağa, işğalı uzatmağa  çalışır. Ancaq sağalmaz “erməni xəstəliyi”ndən xəbərdar olanlar onları yaxın buraxmır, timsahvari göz yaşlarına daha əhəmiyyət verən yoxdur. Cırılmış maskanın altındakı qart sifət tanınıb. Moskva daha ermənilərin göz yaşlarına inanmır...

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?