21 noyabr 2019 16:40
142

Moldova Rusiyadan qazı güzəştli qiymətə alacaq

Moldova Rusiyadan qazı güzəştli qiymətə almağa başlayacaq. 2020-ci ildən etibarən Moldova üçün hər 1000 kubmetr Rusiya qazının qiyməti 173 dollara bərabər olacaq.

AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, Rusiya baş nazirinin müavini Dmitri Kozak bu məlumatı Rusiya-Moldova danışıqlarının yekunlarına əsasən açıqlayıb.

Dmitri Kozak deyib: “Biz çox böyük güzəştə getməli olmadıq, çünki hazırda qüvvədə olan qiymət düsturu özlüyündə əhəmiyyətli güzəşt əldə etməyə imkan verir. Gizlətmirəm, yeni ildən etibarən Moldova üçün Rusiya qazının qiyməti min kubmetrə görə 173 dollara bərabər olacaq. Hazırda qüvvədə olan kontraktda belə nəzərdə tutulub”.

Moldova hökuməti bu yaxınlarda bildirib ki, 2019-cu il oktyabr ayından etibarən “Qazprom”dan alınan qazın qiymətinin azaldılması barədə razılaşma əldə edilib.