KÖŞƏ

Qvami Məhəbbətoğlu

Mitinq eyforiyası ilə yaşayan antimilli ünsür

28 fevral 2019 10:54
1352

Radikal müxalifətin nümayəndəsi Əli Kərimli bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının 27-ci ildönümü günündə bir daha öz xislətini ortaya qoydu. Belə ki, 20 Yanvar - Ümumxalq Hüzn Günündə olduğu kimi,  bu dəfə də o, ümumxalq yürüşünün iştirakçılarına qoşulmadan özünün cızdığı marşrut üzrə 5-10 nəfərlə Xocalı abidəsinə doğru hərəkət etməyə cəhd etdi.

Öz siyasi ambisiyalarının girovuna çevrilən və özünü “ana müxalifətin lideri” kimi təqdim edən AXCP sədri Əli Kərimli bu addımı ilə bir daha sübut etdi ki, onun məqsədi nəyin bahasına olursa-olsun ölkədə qarşıdurma yaratmaq və bunun müqabilində ermənipərəst havadarlarından yeni qrantlar əldə etməkdir. Sosial şəbəkələrdə Vətən, millət məfhumlarından istifadə edərək yalan vədlər verən bu siyasi dəllal  bir daha göstərdi ki, o, ümummilli məsələləri vecinə almır. Təbii ki, artıq xalq da bu antimilli ünsürün niyyətini yaxşı dərk edir. Həmin yürüşdə də xalqın öz liderinin - Prezident İlham Əliyevin arxasınca getməsi bu həqiqəti bir daha ortaya qoydu. Xalq bununla kimin arxasınca getdiyini, eləcə də hakimiyyət hərisi olan, daim düşmən dəyirmanına su tökən Əli Kərimlinin iddialarının cəfəngiyyat olduğunu növbəti dəfə ona və havadarlarına anlatdı. Üstəlik, xalq belə bir mesaj da verdi ki, ümumiyyətlə, əsl müxalifətçilik yolundan azan Əli Kərimli kimi antimilli ünsürlərə qoşulmaq niyyətində deyil.

Bütün bunlara baxmayaraq, dağıdıcı müxalifətin “başbiləni” Əli Kərimli yenə də mitinq təşkil etmək həvəsinə düşüb. Özü də neçə gündür tribuna kimi istifadə etdiyi sosial şəbəkələrdə car çəkir ki, guya bu addım vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir. Hətta dövlətin uğurlarını öz adına çıxmaq istəyir, özünün müxalifətçilik fəaliyyəti ilə əlaqələndirir. Üstəlik, iddia edir ki, guya bu mitinqlərin nəticəsində hökumət hərəkətə keçib.

Halbuki siyasi mübarizə metodunu ancaq anti-Azərbaycan fəaliyyətdə görən, aldığı sifarişlər əsasında oynamağı xoşlayan Əli Kərimli anlamaq istəmir ki, bütün bunlar dövlət başçısının əhalinin sosial müdafiəsinin daha da gücləndirliməsi istiqamətində atdığı növbəti addımlardır. Bu diqqət və qayğı əhali tərəfindən böyük razılıqla qarşılanır.

Bu yerdə bir məsələyə də toxunmaq istərdim, dövlətimiz istər daxili, istərsə da daxili siyasətində daha uğurlu addımlar atanda nədənsə Əli Kərimli və onun yaxınları həmişə mitinq xəyalına düşürlər. Bütün bunlar isə o deməkdir ki,  Əli Kərimli  köhnə vərdişindən əl çəkmir, hələ də mitinq eyforiyası ilə yaşayır. Amma bu antimilli ünsürin sayıqlamalarından belə qənaətə gəlmək olur ki, onun məqsədi sadəcə mitinq keçirmək deyil. Çünki ölkədə növbəti mitinqə heç bir əsas, daha doğrusu, sosial sifariş yoxdur. Digər tərəfdən, indi bütün dünya iqtisadi, siyasi, hərbi böhran içərisində olduğu halda, ölkəmizdə davamlı sabitliyin, iqtisadi inkişafın qorunub saxlanılması, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, sosial layihələr uğurla icra olunur. Bütün bunların müqabilində mitinq, yaxud kitləvi aksiya keçirməyə lüzum varmı?

Bəs niyə görə o, mitinqlərə can atır,  nə tələb etmək istəyir? Şübhəsiz, onun yenidən mitinq həvəsinə düşməsinin səbəbi ermənipərəst dairələrdən aldığı yeni sifarişlərdir. Digər tərəfdən, yanvarın 19-da baş verənlər göstərdi ki, onun əsl məqsədi mitinq adı altında ölkədə sabitliyi pozmaqdır. Görünür, məhz o, bu niyyətini gerçəkləşdirmək üçün yenə də mitinq məsələsindən yararlanmaq fikrindədir. Anti-Azərbaycan dairələrlə işbirliyində olan Əlİ Kərimlini isə ancaq bir şey düşündürür: təki ölkədə ictimai-siyasi sabitlik pozulsun, havadarlarının hesabatlar hazırlamaq üçün “faktlar”ı olsun. Xalq isə avantürist Əli Kərimliyə belə faktlar vermək niyyətindən çox uzaqdır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...