17 mart 2020 17:48
1616

Misirin Qırmızı dəniz sahillərində turizm fəaliyyəti dayandırlıb

COVID-19 virusunun yayılması təhlükəsinin qarşısını almaq məqsədilə turistlərin sevimli istirahət məkanı olan Şarm əl-Şeyx də daxil olmaqla Qırmızı dəniz sahillərində turizm fəaliyyəti dayandırlıb.

Bölgənin qubernatoru bununla əlaqədar müvafiq sərəncam imzalayıb.

Sərəncamda otellərin 14 gün müddətinə bağlanıldığı, sonuncu əcnəbi turistlərin də yola salındığı qeyd olunur. Bundan başqa, turizm sənayesində çalışanlar da 14 gün müddətinə karantinə göndərilir. Onların müayinəsi həmin otellərdə aparılacaq. İstirahət məkanlarında dezinfeksiya işləri aparılacaq.

Misir hökuməti martın 16-dan 31dək aeroportların da fəaliyyətini dayandırıb. Uçuşlar qadağan edilib və əcnəbi turistləri yola salınası üçün alternativ nəqliyyat vasitələri nəzərdən keçirilir. //AZƏRTAC