KÖŞƏ

Zahid Rza

“Milli Şura”çıların mitinq mərəzi və AXOX xəstəliyi

06 may 2019 10:27
336

Xaricdəki anti-Azərbaycan dairələrin ətəyini öpüb biət edənlərin “Milli Şura”sının sağalmaz  xroniki hal alan mitinq mərəzi getdikcə ağciyərlərin xroniki obstruktiv xəstəliyinə (AXOX) bənzəyir. Bu bənzətmə bir az  üzdən görünsə də, demək olar ki, yerinə düşür. Məsələ bundadır ki, AXOX xəstəliyi tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan bir mərəz növüdür. Dağıdıcı düşərgənin “Milli Şura”sının başbilənlərinin, sosial bazadan məhrum Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə reaksiya verilməyən monoton sayıqlamalarından sonra çıxış yolu olaraq mitinq qərarı vermələri məhz radikal düşərgədə yaranan təngənəfəsliklə, ictimai dəstəksizlikdən əmələ gələn tənəffüsün çətinləşməsi ilə bağlıdır. İki onillikdən çox bir müddətdə uğursuz müxalifətçiliklə məşğul olan, bu uğursuzluğu pərdələmək üçün min bir oyundan çıxan, bir siyasətçiyə yaraşmayan metodlardan istifadə edən, bu yolda mütəffiqlərinə, eyni ideoloji cəbhəni bölüşən tərəfdarlarına, hətta öz liderinə xəyanət edən Əli Kərimli  düşərgəsindəki tənəffüs çatışmazlığını meydanlara, küçələrə “Məhsul” stadionuna çıxaraq mitinqlə “müalicə etmək” istəsə də heç nəyə nail ola bilmir.

Azərbaycan əleyhdarlarının, erməni lobbisinin təsir mərkəzləri rolunu məharətlə oynayan bəzi beynəlxalq qurumların ölkə müxalifətinin içərisinə  desant-təxribatçı qrup kimi yerləşdirdiyi “Milli Şura”nın bütün mütərəqqi ideya və ideallardan yoxsul liderciklərinin əsas məqsədi mitinq adı altında yalan, şər-böhtan dolu şüarlarla küçələrdə meydan sulamaq, populist çıxışlarla qafaları qarışdırmaq, cəmiyyətdə narazılıq, qarşıdurma, kin-küdurət yaratmaqdır. Demokratiya, insan haqları və s. isə onlar üçün imitasiyadan, qrant vasitəsindən başqa  bir şey deyil.

Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Milli Şura”nın mayın 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətlərini cavablandıraraq qurumun İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib və bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb. Şəxsi maraqları və ambisiyaları naminə milli mənafelərimizə zidd əməllərinin rəngini daha da tündləşdirən, dərin mənəvi-psixoloji sarsıntılar burulğanında çırpınan bu marginalların çirkin niyyətləri, mənfur planları aşkar görünür.

“Milli Şura”nın son illərdəki fəaliyyəti, xüsusilə yanvarın 19-dakı mitinqi ə.kərimlilərin, c.həsənlilərin, a.hacılıların və onların qul-beçələrinin  əsl simasını, xarakterik(siz)liyini, məzmun-mahiyyətini tam dolğunluğu ilə ortaya qoyur. Dağıdıcı müxalifətin fəaliyyət proqramında dəyişən yalnız öz şəxsi maraqları naminə gündən-günə gücləndirdikləri antimilli fəaliyyətdə təkamülü, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə onu yeni “texnologiyalar”la zənginləşdirmək üçün ən məkrli və avatürist metodlardan istifadə edilməsidir. Bütün bunların isə birmənalı olaraq  bu xəyanətkarların antiazərbaycançılıq fəlsəfəsinin imperativlərindən qaynaqlandığını desək, heç də yanılmarıq.

Milli maraq və mənafeləri anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan pozucu müxalifət “liderciklər”inin əli hər yerdən üzüldüyünə görə fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, milli düşüncədən məhrum, orduxan teymurxanlara, məhəmməd mirzəlilərə, tural sadıqlılara üstünlük vermələri əslində bütün qaranlıq məqamları gün işığına çıxardır. Gün işğına çıxan əsl həqiqət isə budur ki,  xalq tərəfindən ömürlük məğlubiyyətə düçar olan, ideoloji və siyasi baxımdan iflasa uğramış, radikal təfəkkürlü Ə.Kərimli, C.Həsənli kimilərin şər yuvası, anti-Azərbaycan dairələrin arxa bağçasına,  Azərbaycan əleyhdarları ilə antimilli ünsürlərin pərdəarxası sövdələşmələrinin mənzil-qərargahına çevrilən, tibbi terminlə desək, necə deyərlər, AXOX xəstəliyinə  tutulan “Milli Şura”  artıq iflasa uğrayıb, onun “yaşamaq” limiti isə çoxdan tükənib. Belə olan halda hansı mitinqdən danışmaq olar?..

Qvami Məhəbbətoğlu
Növbə Bako Saakyanındır?
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər