KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Milli Məclisin buraxılması nə vəd edir?

29 noyabr 2019 10:27
229

Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisin buraxılması üçün lazım olan təşəbbüsü irəli sürdü. Bu, indiki şəraitdə ən gərəkli, ən düzgün təşəbbüsdür. Çünki 2018-ci ildə Prezident İlham Əliyevin növbəti dəfə xalqın mütləq etimadını qazandıqdan sonra sürətləndirdiyi islahatların daha səmərəli baş tutması üçün buna da ehtiyac duyulurdu. Əgər ayrı-ayır nazirlər, məmurlar, icra başçılarını Prezidentin bir qərarıyla dəyişmək mümkündürsə, Milli Məclisin tərkibi haqqında bunu demək olmaz. Üstəlik, 2015-ci ildə seçilmiş tərkib ola bilər ki, o dövr üçün uyğun idi. Lakin indiki şəraitdə bu tərkibin işə yaramadığı, əksinə, islahatlara ciddi əngəl olduğu hər addımda nəzərə çarpırdı. Ona görə də siyasi təhlilçilər, ictimai rəylə işləyən şəxslər Prezidentin kadr və struktur islahatlarının tamamlanması üçün Milli Məclisin də buraxılması zərurətini tez-tez dilə gətirirdilər.

Hakim YAP-ın bugünkü Siyasi Şura toplantısında qəbul edilən qərar bir daha göstərir ki, bu partiya Prezidentə və islahatlar kursuna sadiqdir. Elə olmasaydı parlamentdə çoxluğa sahib olduğu halda YAP bu qərarı qəbul edib özünə əlavə iş açmazdı.

YAP-ın bu qərarı bir tərəfdən Prezidentin kursuna sədaqət örnəyidirsə, digər tərəfdən də özünə inamın ifadəsidir. Belə anlaşılır ki, bu partiya əvvəlki siyasi proseslərdə olduğu kimi, bu dəfə də özünə güvənir. Ona görə də belə rahatlıqla Milli Məclisin buraxılması üçün təşəbbüsün önündə gedir.

İndiki halda belə bir təşəbbüs gözlənilən olmaqla bərabər çox yerinə düşür. Bu həm də ondan xəbər verir ki, Prezident İlham Əliyev islahatlar kursunda qətiyyətindən vaz keçmək fikrində deyil. Onun ilk mərhələdə nisbətən yaşlı yüksək rütbəli dövlət xadimlərini istirahətə göndərməsi və ardından parlamentin tərkibinin yenilənməsinə qərar verməsi, əlbəttə ki, Azərbaycanın çox böyük bir sıçrayışla yeni mərhələyə qədəm qoymasından xəbər verir. Biz indi islahatların və inkişafın yeni və daha sürətli mərhələsinin astanasındayıq. Parlamentin tərkibi yeniləndikdən sonra ölkə insanı üçün indikindən qat-qat artıq yüksək rifahın təmin ediləcəyini proqnozlaşdıra bilərik. Hər halda, baş verənlər bunu deməyə əsas verir.

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...