İtaliyanın “Milan” futbol klubu baş məşqçi Marko Campaolo ilə yollarını ayırıb.
52 yaşlı italiyalı mütəxəssisi həmyerlisi Stefani Pioli əvəzləyib.
Qeyd edək ki, Marko Campaolo “Milan”ın sükanı arxasına cari ilin iyununda keçib. Stefano Pioli isə son olaraq “Fiorentina” komandasını çalışdırıb.