14 avqust 2020 10:34
2650

Mikrodalğalı sobanı əvəz edə biləcəyiniz 4 üsul

Çoxları tərəfindən sevilən mikrodalğalı sobalar təəssüf ki, düşündüyümüz qədər sağlam vasitə deyil. Bəs mikrodalğalı sobalar necə işləyir, niyə zərərlidirlər və hansı alternativləri var?

Mikrodalğalı sobalar necə işləyir, zərərləri nədir?

Radioaktiv dalğalar sayəsində qidaları qızdıran mikrodalğalar yeməyin molekullarında qarşılıqlı əlaqəyə səbəb olur, buna görə yeməyin DNT quruluşu dəyişir və zədələnir. Mikrodalğalı sobalarda qızdırılan yemək mikrodalğalı sobadan çıxdıqda molekulyar quruluşu pozulan bir yeməyə çevrilir. Bu vəziyyət həzm sistemimizə mənfi təsir göstərir bir çox xəstəliklərə yol açır.

Su molekullarının qidada qarşılıqlı təsiri nəticəsində yaranan istilik mədə və bağırsaq xərçənginə səbəb ola bilər.

Uzun müddət istifadə hormonal pozğunluqlar yaradır, həmçinin qanda  qan xolesterol səviyyəsinin artmasına səbəb olur.

Müntəzəm istifadə ilə immun sistemi zəifləyə və qanda hemoqlobin səviyyəsində azalma müşahidə edilə bilər.

Mikrodalğalı sobaların yaydığı radioaktiv dalğalar səbəbindən qidaların sağlamlıq dəyəri azalır.

SOBA

Mikrodalğalı sobada qızdırdığınız hər hansı bir yeməyi adi sobada da isidə bilərsiniz. Pizza və çörək kimi ərzaqları qızdırdığınız sobalar, mikrodalğalı sobadan fərqli olaraq çox sağlam seçimdir.

TAVA

Yeməyi qızdırmaq üçün istifadə edə biləcəyiniz ən geniş yayılmış üsullardan biri də tavadır.

Tost maşını

Vaxtınız azdırsa, sürəti və praktikliyi ilə qəlblərimizi fəth edən bu üsul yeməklərinizi yağ və suya ehtiyac olmadan isidəcək.

Samirə İsmayılova, “İki sahil”