08 noyabr 2019 14:17
218

Metronun “Bənövşəyi xətti” Qaraçuxura çatdırılacaq

Şərti adı “B3” olan stansiyanın tikintisi demək olar ki, başa çatdırılır.

Bunu "Bakı Metropoliteni" QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, hazırda həmin stansiyada son tamamlanma işləri gedir: “Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”

Ə.Osmanov qeyd edib ki, metronun “Bənövşəyi xətti” 12 stansiya və bir depodan ibarətdir: “Bu xəttin 3 stansiyasının tikintisi demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının, eləcə də "Xocahəsən" deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi xətti” Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”