22 may 2019 19:49
247

Məsut Özildən paylaşım - Azərbaycanlı qardaşlarım..

Arsenal klubunun aparıcı oyunçusu Məsut Özil rəsmi Twitter hesabından azərbaycanlılara səslənib.

Futbolçu hesabında yazıb: "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik - finaldayıq! Bakıda görüşənədək".

Qeyd edək ki, mayın 29-da Bakının Olimpiya Stadionunda Arsenal-Çelsi futbol klublarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.