14 yanvar 2021 00:23
173

Məşhur park peyvənd mərkəzi olaraq istifadə ediləcək

ABŞ-ın ən böyük və ən məşhur əyləncə parklarından biri olan Kaliforniya ştatındakı "Disneyland"  koronavirus (Covid-19) peyvənd mərkəzi olaraq istifadə ediləcək.

"İki sahil" bildirir ki, pandemiya səbəbiylə ziyarətçilərə bağlı olan "Disneyland"ın Covid-19 peyvənd sahəsi olaraq istifadə ediləcəyini açıqlanıb.

Kaliforniya valisi Gavin Nevsom, mövcud strategiya ilə peyvəndləmənin kifayət qədər sürətli edilə bilməyəcəyini və bu səbəbdən peyvənd üçün yeni sahələr yaratdıqlarını bildirib.

Xatırladaq ki,  Kaliforniya ştatında xəstələrin sayı 2,7 milyonu keçərək ölkədə birinci yerdədir. Bu günə qədər ştatda virus səbəbiylə 30 mindən çox insan ölüb.