24 aprel 2019 20:14
254

Məşhur müğənni öz ad günündə öldü

Fransanın məşhur rok ifaçısı Erve Forneri öz ad günündə - aprelin 24-də dünyasını dəyişib.

Trend.az xəbər verir ki, Dik Rivers adı ilə tanınan məşhur müğənni 74 yaşında dünyasını dəyişib.

1945-ci ildə dünyaya gələn fransalı ifaçı 1961-ci ildə "Les Chats Sauvages" qrupunda musiqi fəaliyyətinə başlayıb.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.