12 mart 2020 10:22
1476

Məşhur Hollivud ulduzuna şok təhdid - FOTO

Hollivud prodüseri Harvi Vaynşteyn məşhur aktrisa Cenifer Enistonu öldürməklə hədələyib.

"İki sahil" xəbər verir ki, “The National Enquirer” saytının jurnalisti 2017-ci ildə kinematoqrafçı ilə əlaqə saxlayaraq, Enistona qarşı təcavüz iddiaları ilə bağlı söz-söhbəti şərh etməsini istəyib.

“Cen Eniston öldürülməlidir”, - deyə Vaynşteyn ona cavab yazdığı elektron məktubunda bildirib.

Bununla belə, Enistonun nümayəndəsi aktrisanın prodüserə qarşı heç bir ittiham irəli sürmədiyini deyib.