12 mart 2020 12:46
1676

Məşhur Hollivud ulduzu və həyat yoldaşı koronavirusa yoluxdu - FOTO

“The Green Mile”, “Forrest Gump” və bir çox filmləri ilə məşhurluq qazanan Amerikalı aktyor Tom Hanks rəsmi İnstagram hesabından özünün və həyat yoldaşı Rita Wilsonun koronavirusa yoluxduğunu bildirdi.

Baz Luhrmannın “Elvis Presley” filmi üçün Avstraliyada olan dünya şöhrətli aktyor paylaşımında bunları yazdı: “Rita və mən Avstraliyadayıq. Özümüzü yorğun hiss edirdik, sanki soyuqdəymə və bəzi bədən ağrılarımız vardı. Ritada bir az titrətmə və qızdırma oldu. Lazım olduğu kimi bir Koronavirus testi etdirdik və test müsbət çıxdı. Yaxşı, indi sonrakı addım nədir? Səhiyyə Nazirləri lazımlı protokolu həyata keçirirlər. Hanks test olunacaq, yoxlanılacaq və ictimai sağlamlıq və təhlükəsizlik tələb etdiyi müddətcə təcrid ediləcəkdir.”

Onu da qeyd edək ki, 63 yaşlı aktyor, Avstraliyanın Gold Coast bölgəsində çəkilən “Elvis Presley” filmində, məhşur müğənninin meneceri Colonel Tom Parkeri canlandırır.

Həyat Qəhrimanlı