05 dekabr 2019 20:11
220

Məşhur aktyor xanımından üzr istədi

Dünyaca məşhur müğənni-aktyor Castin Timberleykin yeddi illik xanımı, model Cessika Bilə xəyanət etdiyi iddia olunub.

Qafqazinfo xəbər verir ki, onun "Palmer" filmində rol aldığı aktrisa Alişa Ueynraytla eşq yaşadığı qeyd edilib.

Hətta, cütlük barların birinin eyvanında əl-ələ görüntülənib. Castin qərb KİV-lərinin mövzu barədə xəbər dərc etməsindən sonra sosial şəbəkədə açıqlama yayıb.

38 yaşlı ifaçı sərxoş olduğunu deyərək peşman olduğunu bildirib: "Dedi-qodulardan uzaq dururam. Amma ailəm, sevdiyim insanları incitdiyi üçün son hadisələrə aydınlıq gətirəcəm. Bir neçə həftə bundan əvvəl ciddi ittihamla üzləşdim. Dəqiq deyirəm, dostumla aramda heç bir münasibət olmayıb. O gecə sərxoş idim, davranışlarımı idarə edə bilmirdim və çox peşmanam".

Daha sonra sənətçi xanımından üzr istəyib: "Oğul atasıyam və örnək bir davranış deyil. Onları utandırdığım üçün xanımım və ailəmdən üzr istəyirəm. Bacardığım qədər yaxşı ər və ata olmağa çalışacam. Amma bu davranışım mənə yaraşmadı".

Alişa Ueynraytin mətbuat xidməti də Amerika KİV-nə açıqlama verərək məlumatı təkzib edib: "Dedi-qodular həqiqəti əks etdirmir. Cütlük böyük bir layihə üzərində çalışır".

Qeyd edək ki, Castinlə Cessika 2007-ci ildə tanış olub. Cütlüyün toyu 2012-ci ildə İtaliyada reallaşıb. İki məşhur simanın bu nikahdan Silas adlı oğlan övladı var.