12 may 2020 13:13
1167

Məşhur aktrisanın 1 milyonluq bağ evi - FOTO

Dünya şöhrətli aktrisa Kelli Bruk karantin günlərini bir milyon funt sterlinqlik möhtəşəm bağ evində keçirir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa karantin günlərindən fotolarını sosial şəbəkədə mütəmadi olaraq paylaşır. Bruk XV əsr üslubunda tikilmiş evi 10 il əvvəl alıb. Kino ulduzunun sözlərinə görə, fermada darıxmaq mümkün deyil, o, vaxtının çoxunu ağac və bitkilərin qulluğuna, tərəvəzlərin yetişdirilməsinə həsr edir:

“Sevdiyim işlə məşğul olmaq yaşa çatmışam. Bağçılıq həqiqətən ehtirasdır. Əvvəllər pis oğlanlarla görüşən qlamur qız olduğumu düşünürdülər. Ancaq heç vaxt belə olmayıb. Əsl Kelli bağda bitki, tərəvəz əkən və bundan zövq alan bir qızdır. Bu, həyatımın ayrılmaz bir parçasıdır”.