24 avqust 2019 15:51
163

Meşə zolağı yanğından mühafizə olunub

Qəbələ rayonunda ümumi sahəsi 156 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev və zirzəmiyə yığılan taxta materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı yaşayış evləri, fındıq bağları və meşə zolağı yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.