22 may 2019 19:47
343

Məscidin anbarından çıxan hər kəsi təəccübləndirdi

Türkiyənin Düzce bölgəsində yerləşən məscidin anbarından gələn səsləri eşidən vətəndaşlar vəziyyəti Düzce Bələdiyyəsi Fövqəladə Hallar müdürlüyünə bildirib.

Metbuat.az bildirir ki, məscidə gələn komandalar anbarda iquana ilə qarşılaşdıqda təəccübləniblər. bir evdən qaçsığı güman edilən 82 santimetr uzunluğundakı heyvan Fövqəladə Hallar müdirliyinə aparılıb. Müdürliyin işçiləri iquananı təslim etmək üçün Təbiəti Qoruma və Milli Parklar Şöbə Müdirliyinə xəbər verib. İquana reabilitasiya mərkəzində müalicə olunduqdan sonra heyvanat bağçasına aparılacaq.

Düzce Bələdiyyəsi işçisi Mehmet Polat "ölkəmizdə yetişən bir heyvan növü deyil. Buna görə də, ilk qarşılaşdıqda çox təəccübləndik" deyə bildirib.