28 fevral 2020 16:10
1692

Merve Boluğur 132 min təzminat alıb - FOTO

Türkiyəli aktrisa Merve Boluğur 2 il əvvəl “Aslan Film” şirkətinə qarşı iddia qaldıraraq, erkən final edən "İçimdeki fırtına" teleserialından iki seriyadan alacağının olduğunu iddia etmişdi. Gözəl aktrisa açdığı təzminat iddiasını qazanıb.

“İki sahil” xəbər verir ki, reytinqi aşağı olduğu üçün altı bölümdən sonra yayımını dayandıran "İçimdeki fırtına" serialının baş rol ifaçısı Merve Boluğur iki il əvvəl pulunu ala bilmədiyi səbəbiylə “Aslan Film”i məhkəməyə verdi.

Məhkəmə ərizəsində Boluğur şirkətlə bağladığı müqaviləyə görə hər seriya üçün 45 min lirə aldığını, ancaq 5-ci və 6-cı seriyalardan qonorarını ala bilmədiyini iddia edib.

İddianı qəbul edən məhkəmə film şirkətinin aktrisa Merve Boluğura 132 min 300 lirə ödəməsinə qərar verib.