16 may 2019 10:29
255

Mərkəzi Bankdan manat açıqlaması- Narahatçılıq üçün heç bir amil yoxdur

"Manatın məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir, narahatçılıq üçün heç bir amil yoxdur". 

 Bunu bu gün Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A. Qulyev deyib ki, Azərbaycanın valyuta ehtiyatları, beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən bərqərar olan makroiqtisadi sabitlik davam etsin: "Manatın məzənnəsinin ilin sonuna kimi təmin olunması üçün bütün əsaslar var". (ONA)