15 aprel 2019 17:22
45

Merkel Brexitin vaxtının uzadılmasından məmnundur

Almaniyanın federal kansleri Angela Merkel Brexit tarixinin oktyabrın 31-nə keçirilməsi barədə Böyük Britaniya ilə razılaşma əldə olunmasından məmnun qalıb. Bu, ötən cüməyə təyin olunan, ölkənin Avropa İttifaqının tərkibindən razılaşma olmadan (bunu bəzən “xaotik” də adlandırırlar) çıxmasından yaxa qurtarmağa imkan verəcək.

Merkel əldə olunan kompromisi “Aİ ölkələrinin həmrəyliyi”nin nəticəsi adlandırıb. Onun fikrincə, atılan bu addım britaniyalılara “öz qərarlarını hazırlamaq üçün müəyyən bir məkan” verəcək.

Xatırladaq ki, Aİ ölkələri daxilində, daha dəqiq desək, Aİ-nin sammitində Londona Brexitə görə nə qədər möhlət verilməsi barədə ciddi debatlar gedirdi. Məsələn, Emmanuel Makron uzun müddət Böyük Britaniyaya Brexitin vaxtının uzadılması məsələsində möhlət verilməsi ilə bağlı Merkel və Aİ-yə üzv digər ölkələrin rəhbərləri ilə razılaşmayıb, lakin sonda o da təslim olub.

Əslində, Merkel vaxtın azlığı barədə xəbərdarlıq edib. “Əldə olunan zamanı əbəs yerə sərf etmək lazım deyil. Almaniya üçün, ilk növbədə, Böyük Britaniyanın tələbləri deyil, öz maraqları mühümdür. Brexitlə bağlı əldə edilən razılaşmaya riayət olunmalıdır. Bizim nöqteyi-nəzərimizcə, şərtləşdirilmiş tarixə son gününədək dəqiqliklə riayət olunması o qədər də prinsipial deyil”, - deyə AFR kansler bildirib.